Bu barədə bəyanat təşkilatçılarının www.eurovision.de/index.html. saytında məlumat yerləşdirilib(TURAN).
31 avqust tarixli məlumatda deyilir ki, Avropa Yayım Şurası (EBU) Azərbaycan hökumətini xarici qonaqlar üçün zəruri vizaların verilməsi, Avropa konvensiyalarına uyğun olaraq Bakıya müsabiqəyə gedəcək iştirakçı, nümayəndə heyəti, mətbuat təmsilçiləri və turistlərin söz, ifadə və mətbuat azadlığının təminatı ilə bağlı yazılı zəmanət verməyə çağırır.
“Sözügedən fundamental hüquqlara əməl olunması 1956-cı ildən bu yana “Eurovision” müsabiqəsinin uğurunun əsasını təşkil edir və 2012-ci il də istisna deyil”, – müsabiqənin məşvərət qrupunun sədri Frank-Diter Freylinq bildirib.
Müsabiqənin hansı zalda keçiriləcəyi indiyədək müəyyən deyil. Ən böyük stadion 14000 yerlikdir və çox güman ki, müsabiqə üçün yeni zal tikiləcək.
Bu yaxınlarda federal hökumətin insan haqları müvəkkili Markus Leninq vətəndaşların hüquqlarının pozulmasına görə Azərbaycan hökumətini tənqid edib.