23 İYUL SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində hüquq müdafiəçisi Vidadi İsgəndərov Göyçay rayon prokurorluğunun müstəntiqi Aftandil Babayevin rayon sakini
Nəriman Ağayevdən qızının ölümü ilə əlaqədar 800 manat rüşvət alması, həmçinin rayon sakini Mətanət Baxşıyevanın intihar etməsi ilə əlaqədar maraqlı tərəfdən rüşvət alması ilə əlaqədar zərərçəkmişlərlə birlikdə mətbuat konfransı keçirəcək.
Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri dəvətlidirlər.