MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ MƏRHUM JURNALİSTLƏRİN MƏZARLARI ZİYARƏT EDİLİB

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 135 il keçir. Bu münasibətlə jurnalistlər, media qurumlarının təmsilçiləri və diplomatik korpus nümayəndələri mərhum jurnalistlərin məzarlarını ziyarət ediblər.

İlk öncə Fəxri xiyabanda milli mətbuatın  banisi, “Əkinçi” qəzetinin redaktoru Həsən Bəy Zərdabinin məzarını ziyarət edən mərasim iştirakçıları, ikinci Fəxri Xiyabanda “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun və ilk müstəqil mətbu orqan olan “Azadlıq” qəzetinin təsisçisi Nəcəf Nəcəfovun da qəbirlərinə gül dəstələri düzüb və onların ruhuna dualar oxuyublar.

 

Bundan sonra Şəhidlər Xiyabanında Qarabağ müharibəsində həlak olmuş şəhid jurnalistlər, Azərbaycanın Milli Qəhrəmanları Salatın Əsgərova, Alı Mustafayev, Fəxrəddin Şahbazovun və Çingiz Mustafayevin məzarları ziyarət olunub.

 

ABŞ səfirlinin mətbuat katibi Kis Bin, Media Hüququ İnstitutunun (MHİ) rəhbəri Rəşid Hacılı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov, Ekstremal Jurnalistika İnstitutunun sədri İdrak Abbasov, MHİ-nin proqram koordinatoru Xalid Ağəliyev mərasimdə çıxış ediblər. Natiqlər Azərbaycan mətbuatının problemlərinin hələ də mövcud olduğundan və “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, vətəndaş jurnalistikasının nümayəndələri Emin Milli və Adnan Hacızadənin azad olunmamasından təəssüfləndiklərini ifadə ediblər.      

 

Xatırladaq ki, 1875-ci ilin 22 iyul tarixində Həsən Bəy Zərdabinin redaktorluğu ilə Azərbaycanda ilk mətbu orqan “Əkinçi” qəzeti dərc olunub.

 

Video: http://www.irfs.az/content/view/4311/31/lang,az/

Foto: www.irfs.az

 

 

 

 

Previous Post

MİLLİ MƏTBUATIN İNKİŞAFINDA XÜSUSİ XİDMƏTİ OLAN MƏRHUM JURNALİSTLƏRİN MƏZARLARI ZİYARƏT EDİLDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.