İSVEÇDƏ SEÇKİLƏRDƏN SONRAKI DURUMU MÜŞAHİDƏ EDƏCƏK AZƏRBAYCANLI JURNALİSTLƏR BƏLLİ OLDU

İyulun 22-də Milli Mətbuat Günü münasibətilə Azərbaycan Media Mərkəzinin jurnalistlər arasında elan etdiyi müsabiqə sentyabrın 15-də qaliblərin elan olunması ilə yekunlaşdı. Media Mərkəzinin layihə rəhbəri Seymur Kazımovun verdiyi məlumata görə, məqsəd  bir qrup yerli jurnalistin cari ilin sentyabr ayında İsveçdə keçiriləcək parlament seçkilərindən sonrakı durumu işıqlandırmaq üçün Stohkolma səfərini təşkil etmək olub və bunun üçün jurnalistlər müsabiqə yolu ilə seçiliblər.

 “53 gün davam edən müsabiqəyə 22 jurnalist araşdırma yazı təqdim edib. 2 yazı vaxtından gec verildiyi üçün müsabiqəyə buraxılmayıb. Ümumilikdə isə İsveçə səfər etmək üçün 7 jurnalist seçilib”, – deyə o bildirdi.

 Media Mərkəzinin rəhbəri Gülnarə Axundova layihənin Danimarka Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə gerçəkləşdiyini və layihənin həyata keçməsi üçün 22 min avro vəsaitin ayrıldığını qeyd etdi. O layihə çərçivəsində Azərbaycanlı jurnalistlərin İsveçə oktyabr ayında səfər edəcəyini bildirdi.

 Daha sonra münsiflər heyətinin üzvləri, Hafiz Həsənov, Rövşən Bağırov və İlhamiyə Rza müsabiqəyə təqdim edilən yazılar haqqında məlumat verdilər. Sonda İlhamiyə Rza qalıblərin adını açıqladı. Beləliklə müstəqil jurnalist Fərəh Sabirqızı, Prezidentin yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat katibi Anar Hüseynov, “var.az” saytinin əməkdaşı Samirə Həsənli, “Azerbaydjanskie İzvestiya” qəzetinin əməkdaşı Leyla Əmirova, “RİA-Novosti”-nin əməkdaşı Kamal Əli, “Azadlıq” qəzetinin əməkdaşı Aytən Məmmədova, eləcə “Ayna” qəzeti və RATİ-nin əməkdaşı, “Obyektiv TV”-nin redaktoru İdrak Abbasov da qalib elan edildi. 

Previous Post

ELAN!

Next Post

QƏNİMƏT ZAHİDİN ÜZƏRİNDƏN MƏHKUMLUĞUN GÖTÜRÜLMƏSİ İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.