ELAN!

aprel 5th, 2011
06 MART SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Qubadlı rayonundan olan məcburi köçkün, Qarabağ müharibəsi əlili Bayramov Bakir Məhəmməd oğlu ailəsi ilə birgə yaşadığı  yataqxanada yerləşən “Gözəl məkan” restoranında baş vermiş partlayış nəticəsində aldıqları yanıq xəsarətlərinə və onlara dəyən digər zərərə görə kompensasiya ala bilməmələri və üzləşdikləri süründürməçiliklə bağlı mətbuat konfransı keçirəcək.

Hüquq müdafiə təşkilatları, jurnalistlər, dövlət qurumlarının nümayəndələri, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidir.