06 MART SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Qubadlı rayonundan olan məcburi köçkün, Qarabağ müharibəsi əlili Bayramov Bakir Məhəmməd oğlu ailəsi ilə birgə yaşadığı yataqxanada yerləşən “Gözəl məkan” restoranında baş vermiş partlayış nəticəsində aldıqları yanıq xəsarətlərinə və onlara dəyən digər zərərə görə kompensasiya ala bilməmələri və üzləşdikləri süründürməçiliklə bağlı mətbuat konfransı keçirəcək.
Hüquq müdafiə təşkilatları, jurnalistlər, dövlət qurumlarının nümayəndələri, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidir.
Previous Post
“AZADLIQ” QƏZETİNİN DAHA BİR ƏMƏKDAŞINA HÜCUM EDİLİB