“EURONEWS” TELEKANALININ OFİSİ QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

Dekabrın 11-də Avropada yaşayan və təhsil alan azərbaycanlı gənclər “EuroNews” telekanalının Fransanın Lion şəhərində yerləşən baş ofisi qarşısında etiraz aksiyası keçiriblər.

“İrəli” İctimai Birliyinin koordinatoru Aydın Məmmədovun APA-ya verdiyi məlumata görə, aksiyada Avropanın 7 müxtəlif şəhərindən 50-dək azərbaycanlı iştirak edib. Məmmədov bildirib ki, aksiyada qətnamə qəbul olunub və telekanalın baş redaktoru gənclərlə görüşüb və bəyanat baş redaktora təqdim olunub: “O bizim tələblərimizi başa düşdüyünü bildirdi və 2010-cu il yanvarın 17-də Azərbaycana səfər edib, məcburi köçkünlərlə bağlı reportaj hazırlayacaqlarını dedi.
Xatırladaq ki, “Euronews” kanalında noyabrın 28-də yayımlanan “Dağlıq Qarabağda dəyişiklik küləkləri” adlı verilişdə Dağlıq Qarabağ Azərbaycandan ayrılmış hissə kimi, separatçı rejimin rəhbəri isə “Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi qələmə verilib. Buna görə də, Azərbaycanın Xarici İşlər Nazirliyi telekanala etiraz məktubu göndərib.
Qeyd edək ki, 1993-cü ildə yaranmış “Euronews” telekanalı 8 dildə dünyanın 130 ölkəsində yayımlanır. Ofisi Fransanın Lion şəhərində yerləşən televiziyanın Azərbaycanda nümayəndəliyi yoxdur. Kanalı Azərbaycanda peyk antenası və kabel televiziyaları vasitəsilə izləmək mümkündür.

Previous Post

ELAN!

Next Post

QƏNİMƏT ZAHİD HƏKİM MÜAYİNƏSİNDƏN İMTİNA EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.