QƏNİMƏT ZAHİD HƏKİM MÜAYİNƏSİNDƏN İMTİNA EDİB

Dekabrın 11-də Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin iki əməkdaşı “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidi müayinə etmək üçün 17 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkib. Lakin Q.Zahid müayinədən imtina edib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu gün (14 dekabr) baş redaktorla görüşən həyat yoldaşı Ayəndə Mürsəliyeva məlumat verib. Onun  sözlərinə görə, Q.Zahidin səhhətindəki problemlər olduğu kimi qalır: “Tibb İdarəsindən həkim və ürəyin kardioqramını çıxarmaq üçün tibb bacısı gəlib. Qənimət onlara deyib ki, hər dəfə gəlib yoxlayır, amma yenə də öz bildiyiniz rəyi yazırsınız. Qənimət müayinədən imtina edib, ancaq bu haqda ərizə yazmayıb.”
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

“EURONEWS” TELEKANALININ OFİSİ QARŞISINDA ETİRAZ AKSİYASI KEÇİRİLİB

Next Post

HAKİM EYNULLA FƏTULLAYEVİN AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİNDƏKİ İŞİNDƏ İŞTİRAKDAN İMTİNA EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.