Bu gün (03 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnsititutunun mətbuat mərkəzində “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətulayevin vəkili İsaxan Aşurov mətbuat konfransı keçirdi.
Vəkil ötən həftə həbsxanada ad gününü qeyd edən Eynulla Fətullayevin yanında olduğunu və baş redaktorun xahişi ilə mətbuat konfransını təşkil etdiyini bildirdi. Daha sonra vəkil Fətullayevin işi ilə bağlı məlumat verdi:
“Eynulla Fətullayevin işi Avropa Məhkəməsində icraata götürülüb. İlk dəfədir ki, Azərbaycanla bağlı bir məsələyə Avropa Məhkəməsindən tez reaksiya verilib. Artıq Avropa Məhkəməsi bu işlə bağlı Azərbaycan dövlətinə sorğu da göndərib”.
Vəki Aşurovun sözlərinə görə, həbsxanada baş redaktorun məlumat almaq hüququ məhtudlaşdırılıb. Ona qəzetlər verimir və bunu cəzacəkmə müəssisəsi adminstrasiyası heç bir izahat da vermir.
Vəkil onu da bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin əfv olunması üçün dəfələrlə müxtəlif qurumlara müraciət etsə də, Eynulla Fətullayev şəxsən özü əfvlə bağlı müraciət etməyin əleyhinədir.
Sonda Aşurov hazırda 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Fətullayevin əhval-ruhiyyəsinin çox yaxşı olması və səhhəti ilə bağlı heç bir problemin olmadığını da jurnalistlərin diqqətinə çatdırdı.