FƏRƏMƏZ NOVRUZOĞLU HAQQINDA HÖKM ÇIXARILAN GÜNDƏN ACLIQ AKSİYASINA BAŞLAYIB

Avqustun 22-də haqqında məhkəmə hökmü çıxarılandan sonra “Millətim” qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu (Allahverdiyev) aclıq aksiyasına başlayıb.

Bu barədə RATİ-yə F. Novruzoğlunun qardaşı Qurban Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, ailə üzlərinə onunla görüş də verilməyib.

Q. Allahverdiyevin sözlərinə görə sabah Nizami rayon Məhkəməsindən haqqında çıxarılmış hökmün sürəti alınacaq və çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti veriləcək. Habelə F. Novruzoğlunun vəkillə təmin olunması üçün Media Hüququ İnstitutuna müraciət ediləcək. Q. Allahverdiyevin sözlərinə görə, bu dövrə qədər F.Novruzoğlunun müstəqil vəkili olmayıq, məhkəmə prosesi zamanı dövlət tərəfindən ona ayrılan vəkillər isə əsasən ittiham tərəfin mövqeyindən çıxış etməklə fərqləniblər.

Xatırladaq ki,   məhkəmənin hökmü ilə  F.Novruzoğlu  Cinayət Məcəlləsinin 220.2-ci (Kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə – guya F. Novruzoğlu gənclərin 2011-ci ildə təşkil etdikləri “11 mart böyük xalq günü” aksiyası  ərəfəsində facebook sosial şəbəkəsində Elçin İlqaroğlu təxəllüsü ilə xalqı kütləvi iğtişaşa dəvət edib, özünü isə aksiya zamanı yandıracağını bildirib) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə – guya F. Novrozoğlu 2010-cu ilin noyabrından  2011-ci ilin oktyabr ayına  qədər qanunsuz olaraq Azərbaycan Türkiyə sərhədini keçib və orada qanunsuz yaşayıb) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.  Habelə üzərinə Nərimanov rayon Məhkəməsinin 2010-cu il 5 noyabr tarixli qərarı ilə  1350 manat məbləğində çıxarılmış cərimə qərarının icrası, son məhkəmə prosesi ilə bağlı çəkilmiş 70 manatlıq ekspertiza xərclərinin ödənilməsi öhdəliyi də qoyulub. Məhkəmənin hökmü ilə F. Novruzoglu cəzasını ciddi rejimli həbsxanada çəkməli olacaq.

 

Previous Post

İNTERNET İDARƏÇİLİK FORUMU ÜZRƏ TƏLİM BAŞLANDI

Next Post

ƏVƏZ ZEYNALLININ SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏR YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.