İNTERNET İDARƏÇİLİK FORUMU ÜZRƏ TƏLİM BAŞLANDI

Bu gün (27 avqust)  RATİ-də “İnternet İdarəçilik Forumunun işıqlandırılması” adlı beş günlük təlimə başlanıb. Təlim İfadə Azadlığı Təşəbbüsü birliyi və DW-AKADEMIE-nin təşkilatçılığı ilə keçirilir.

 Jurnalistlərin, media təmsilçilərinin iştirak etdiyi təlimi DW-AKADEMIE –nin layihə meneceri Toma Tasovac və təlimçi Sonia Phalnika keçirirlər.

            Seminarın məqsədi İnternet İdarəçilik Forumunun hazırlanması və bu tip mövzuların işıqlandırılmasına internet yanaşmaların müzakirə olunmasıdır. Təlim zamanı iştirakçıların onlayn jurnalistikanın mahiyyəti barədə fikirlər irəli sürmək, janr məsələlərini və rəqəmsal media məzmunlarını müzakirə etmək imkanları olacaq. Praktik məşğələlər keçiriləcək. İştirakçılar seminar müddətində web tapşırıqlar hazırlayacaq, onları tədqiq edəcək və təlimin internet saytına yerləşdirəcəklər. Təlim mövzuları bu məsələlər ətrafında müzakirə olunacaq: Mətbuat, radio, televiziya, internet: oxşarlıqlar və fərqlər. Onlayn jurnalistikanın tipik xüsusiyyətləri. Hədəf auditoriya və istehlakçı davranışı. Forum və onun funksiyası. İnternet tədqiqatı və onun gizli təhlükələri. Məhsulların qiymətləndirilməsi. web sayt üçün yazılar hazırlanması. Yazını ekranda daha rahat oxunması üçün optimallaşdırılması və sair.

 

Previous Post

ƏVƏZ ZEYNALLININ VƏKİLİ ELÇİN SADIQOV İLƏ MÜSAHİBƏ

Next Post

FƏRƏMƏZ NOVRUZOĞLU HAQQINDA HÖKM ÇIXARILAN GÜNDƏN ACLIQ AKSİYASINA BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.