GƏNC BLOQÇULAR SAXLANMA ŞƏRAİTLƏRİNDƏN ŞİKAYƏT ETMƏYİBLƏR

Dünən (13 iyun) Hikmət Hacızadə 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan oğlu, gənc bloqçu Adnan Hacızadə ilə görüşüb. Bu barədə bu gün (14 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) H.Hacızadənin özü məlumat verib.

H.Hacızadə gənc bloqçunun saxlanma şəraitindən və səhhətindən şikayət etmədiyini bildirib.

“Azadlıq” radiosunun verdiyi məlumata görə digər gənc bloqçu – 5 saylı cəzaçəkmə müəssisəsində bloqçu Emin Milli (Abdullayev) ilə görüşən vəkil İsaxan Aşurov onun səhhətindən və  saxlanma şəraitindən narazılıq etmədiyini qeyd edib.

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

 

 

Previous Post

DAŞQIN HƏQİQƏTLƏRİ 2- HİSSƏ

Next Post

“REGİONAL İNSAN HÜQUQLARI VƏ MAARİFLƏNDİRMƏ MƏRKƏZİ” İCTİMAİ BİRLİYİ ƏDLİYYƏ NAZİRLİYİ TƏRƏFİNDƏN Q

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.