Martın 4-də AXCP Gənclər Komitəsinin üzvü, gənc fəal Dəyanət Babayev Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə bu gün (7 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı məlumat verib.
Vəkili Əsabəli Mustafayevlə isə Dəyanət Babayev bildirib ki, isə MTN tutub, polisə təqdim edib. İnternet klubundan onu üç nəfər mülki geyimli şəxsin tutub apardığını, həmin şəxslərin kimlərləsə telefonla məsləhətləşdikdən sonra onu Nəsimi rayon 22-ci polis bölməsinə gətirdiyini deyir. Dəyanət bildirir ki, avtomobildə aparıldığı zaman nəyə görə tutulduğu ilə maraqlanıb, onu tutanlar da bunu müxalifətin martın 11-ə planlaşdırdığı mitinqlə izah ediblər. Bölmədə polis işçilərinə təhvil verildikdən sonra indiyə kimi üzünü görmədiyi üç polis əməkdaşı Dəyanətin üzünü durub. Polislər Dəyanətin guya onları təhqir etdiyini bildiriblər. Dəyanət Babayev martın 4-ü axşam saatlarında yoxa çıxmış, sonradan onun barəsində inzibati həbs seçildiyi məlum olmuşdu.