HƏBS OLUNMUŞ BLOQÇULARLA BAĞLI PREZİDENTƏ MƏKTUB GÖNDƏRİLİB

 “Alumni Network” Gənclər təşkilatının koordinatoru, “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri  Emin Milli (Abdullayev) və  OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə  tanınmış videobloqer Adnan Hacızadənin haqsız yerə həbs edilməsi və onların azadlığa buraxılması ilə bağlı 216 imza ilə prezident İlham Əliyevə məktub göndərilib.

 Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) AN şəbəkəsinin üzvü Vəfa Cəfərova məlumat verib: ”Biz Adnan Hacızadə və Emin Millinin əfv olunmasını yox, günahsızlıqlarının sübut edilməsini istəyirik. Prezident bütün ölkə vətəndaşlarının hüquqlarını qoruyacağı ilə bağlı konstitusiyaya and içib, ona görə də məktubda üzərinə götürdüyü vəzifələri xatırladaraq, bu missiyanı yerinə yetirməyə çağırmışıq.”

Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Hazırda hər iki gənc Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

BEYNƏLXALQ İCTİMAİYYƏT GƏNCLƏRİN HƏBSİNDƏN NARAHATDIR

Next Post

PƏRVİZ ƏZİMOVUN UNİVERSİTETƏ BƏRPA İLƏ BAĞLI İDDİASINA BAŞQA HAKİM BAXACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.