Müdafiə Nazirliyinin “Hərbi bilik” jurnalının əməkdaşı, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Şahin Ələkbərov “hərbi xidmətə yararsız olmaq” maddəsi ilə ordudan qovulması qərarını ədalətsiz hesab edir.
O, bu barədə “Turan” informasiya agentliyinə açıqlama verib. Mayor vurğulayıb ki, onun qovulmasına səbəb “rəhbərliyə yarınmaq” istəyinin olmamasıdır. “Mən onların görmək istədiyi kimi bir jurnalist deyiləm. Mən həqiqəti gizlədə bilmirəm. Ön cəbhədə olanlar, şərəflə xidmət edənlər haqqında yazmaq istəyirəm, xidmətdən yayınmağa çalışanlar haqqında yox. 9 il ərzində “Azərbaycan ordusu” qəzetində işləmişəm. Sonradan mayor rütbəm olmasına baxmayaraq, “Hərbi bilik” jurnalına kapitan vəzifəsinə keçirilmişəm” – deyə Ş.Ələkbərov bildirirb.
Ələkbərov deyib ki, sona qədər hüquqları uğrunda mübarizə aparmaq niyyətindədir. “Mən gələn həftə mətbuat konfransı keçirmək, sonra isə prokurorluğu, lazım gələrsə məhkəməyə də müraciət etmək niyyətindəyəm” – deyə zabit bildirib.