HAKİM EYNULLA FƏTULLAYEVİN AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİNDƏKİ İŞİNDƏ İŞTİRAKDAN İMTİNA EDİB

Azərbaycanın Avropa Məhkəməsindəki nümayəndəsi, Konstitutusiya Məhkəməsinin keçmiş sədri Xanlar Hacıyev “Gündəlik Azərbaycan və “Realnıy Azerbaydjan” qəzetlərinin  həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işində iştirakdan imtina edib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  baş redaktorun atası Emin Fətullayev məlumat verib. “ Avropa Məhkəməsindən məktub gəlib ki, X. Hacıyev bu işə baxılması prosesində iştirak etmək istəmir. Qaydaya görə, Azərbaycanla bağlı işlərə baxarkən heyətdə bir nəfər yerli hakim olmalıdır. X. Hacıyev  imtina etdiyinə görə, Azərbaycan hökuməti onun əvəzinə başqa bir hakim göndərməlidir” – deyə Emin Fətullayev bildirdi.
Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov “Mediaforum” saytına bildirib ki, Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsində “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işində iştirak edəcək namizədin adını göndərib. Lakin Ç.Əsgərov həmin namizədin adını açıqlamayıb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və  təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

QƏNİMƏT ZAHİD HƏKİM MÜAYİNƏSİNDƏN İMTİNA EDİB

Next Post

MÜŞFİQ HÜSEYNOV HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ VƏ HƏMKARLARINA TƏŞƏKKÜR EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.