HAKİM RATİ-NİN ƏMƏKDAŞLARINI MƏHKƏMƏ ZALINA BURAXMAYIB

Bu gün (14 may) Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin  sədrliyi ilə Aşıq Ələsgərin  nəvəsi və tədqiqatçısı İslam Ələsgərin müstəqil jurnalist Qabil  Zimistanoğluna (Abdullayev) və “Qanun” nəşriyyatına qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Qeyd edək ki, açıq məhkəmə prosesi olmasına baxmayaraq, hakim E.Mehdiyev əsassız olaraq Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşlarına prosesdə iştirak etmələrinə və monitorinq aparmalarına icazə verməyib. O, iştirak üçün məhkəmənin sədrindən icazə alınmalı olduğunu deyib və onları məhkəmə zalından çıxarıb.

Prosesinin gedişi barədə məhkəmədən sonra RATİ əməkdaşlarına Q. Zimistanoğlu məlumat verib.

Prosesdə iddiaçı İslam Ələsgər və cavabdehlərdən Qabil Zimistanoğlu, “Qanun” nəşriyyatının nümayəndəsi Müzəffər Baxışov iştirak ediblər.

İddiaçı İslam Ələsgər müstəqil jurnalist Q. Zimistanoğlunun “Aşıq Ələsgər. Bütün əsərləri” adlı kitabının  2008-ci ildə “Qanun” nəşriyyatında çap etməklə plagiatlığa yol verməsi və müəlliflik hüququnun pozulmasını qanunsuz hal kimi dəyərləndirdiyini bildirib.

Q.Zimistanoğlu isə kitabı çap etməklə heç bir qanun pozuntusuna yol vermədiyini deyib və qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edib.

Hakim E. Mehdiyev prosesi 21 may saat 16:00-a təyin edib.

Xatırladaq ki, iddiaçı Qabil Zimistanoğlunun tərtib etdiyi və “Qanun” nəşriyyatında çap edilmiş “Aşıq Ələsgər. Bütün əsərləri”  adlı kitabın nəşri nəticəsində müəlliflik hüquqlarının pozulduğunu iddia edərək, cavabdehlərin hər birindən 10.000 (on min) manat təzminat ödəməsini iddia edir.

Previous Post

“AZADLIQ” QƏZETİNİN REDAKTORU BAŞ PROKURORLUĞA ÇAĞIRILIB

Next Post

EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.