HİLAL MƏMMƏDOVLA BAĞLI APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (14 avqust) Bakı Apellyasiya məhkəməsində “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Nizami rayon məhkəməsinin 22 iyun tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Vəkil Ramiz Məmmədov Hilal Məmmədovun tutulduğu andan onunla bağlı toplanmış sübutların toplanmasında zorakılığa yol verildiyini bildirib. Vəkil həmçinin baş redaktor barəsində seçilmiş həbs-qətimkan tədbirinin qanun tələblərinə cavab vermədiyini bildirib və bunun dəyişdirilməsini xahiş edib. Hakim Vaqif Mursaqulov apellyasiya şikayətinin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, Hilal Məmmədov bu il iyunun 21-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) cinayət işi açılıb. 33,074 qram heroini əldə edib saxlamada ittiham edilən baş redaktor saxlanıldıqdan sonra, polis onun evində də axtarış aparmış və köynəyinin cibindən narkotik maddə tapıldığını bildirmişdir.
İyulun 3-də isə Hilal Məmmədova CM-nin 274-cü (dövlətə xəyanət) və  283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)  maddələri ilə əlavə ittiham irəli sürülüb.
 
Previous Post

İCRA BAŞÇISI İLƏ BAŞ REDAKTORUN MƏHKƏMƏSİ 3 SENTYABRA QALDI

Next Post

İNTERNET İDARƏÇİLİK FORUMU ÜZRƏ TƏLİMƏ DƏVƏT !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.