İCTİMAİ BİRLİK SƏDRİNİN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (1 iyul)  Yasamal rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Lətifə Məlikovanın Ədliyyə Nazirliyinə (ƏN) qarşı “Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin qeydiyyata alınmaması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

     Prosesdə  iddiaçı Lətifə Məlikova,  onun səlahiyyətli nümayəndəsi,  Hüquq Maarifçilik Cəmiyyətinin (HMC) vəkili Sadiq Bağırov  və Ədliyyə Nazirliyinin nümayəndəsi Nəsimi Quliyev iştirak ediblər.
     Tərəflər  çıxış etməzdən əvvəl hakimin barışıq təklifi etsə də, tərəflərdən heç biri razılaşmayıb.
     İddiaçının vəkili S. Bağırov bildirdi ki, təşkilatın dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqların aradan qaldırılmasının ilkin mərhələdə həll edilməlidir. “Ancaq Ədliyyə Nazirliyi qeydiyyatla bağlı sənədləri bir neçə dəfə geri qaytararaq, hər dəfə ayrı çatışmazlıq olduğunu bildiriblər” – deyən vəkil iddianın təmin edilməsi və dəyən maddi və mənəvi ziyana görə 10 000 (10 min) manat məbləğində vəsaitin ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi.
     Ədliyyə Nazirliyinin nümayəndəsi Nəsimi Quliyev “Hüquqi  şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunu deyil, həmin qanunun 11.3.1 maddəsinə (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunmuş sənədlərin  Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd olması) əsaslanaraq, təşkilatın nizamnaməsində məqsəd və vəzifələrin aydın ifadə olunmaması səbəbilə dövlət qeydiyyatına alına bilməyəcəyini bildirdi və iddianı əsassız hesab etdiyini dedi.
     Hakim müşavirə üçün fasilə etdi və müşavirədən qayıtdıqdan sonra L.Məlikovanın iddiasının təmin edilməməsi barədə ilə qərar verdi.

     L.Məlikova Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, hakim T.İsmayılovun çıxardığı qərardan  apellasiya şikayəti  verəcəyini bildirdi.

     Xatırladaq ki, L.Məlikova 2008-ci ilin noyabr ayından  “Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzi” İB-nin qeydiyyata  alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmiş və qeydə alınmadığı üçün məhkəməyə müraciət etmişdi.

Previous Post

QHT-in keçirdiyi etiraz aksiyası (2 HISSƏ)

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.