REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Milli Məclisin dünən (30 iyun) keçirilən iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna qəbul edilmiş əlavə və dəyişiklikləri pisləyir.

    Belə ki, sözügedən qanuna Qanuna təklif edilən və QHT-lərin fəaliyyətini məhdudlaşdıran bir çox müddəalar çıxarılsa da, 10.4 (İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməli və həmin reyestrin məlumatlarını on beş gün müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir), 12.1-1 (Fond yaradılarkən onun nizamnamə kapitalı əlli min manatdan az olmamalıdır) 12.3. (Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin qeydiyyatı həmin təşkilatlarla bağlanmış saziş əsasında həyata keçirilir) və 31.2-1. (Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya yanlış məlumatların verilməsinə görə qeyri-hökumət təşkilatına xəbərdarlıq edilir) maddələrinə əlavə və dəyişikliklər qəbul edilmişdir.
     RATİ bəyan edir ki, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 10.4 , 12.1-1, 12.3, 31.2-1-ci maddələrinə edilmiş əlavə və dəyişikliklər ictimai virliklərin və fondların qeydiyyatında və fəaliyyətində problem yaradacaq.
     RATİ Azərbaycan hökumətini Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna edilmiş dəyişiklikləri dərhal ləğv etməyə, mövcud Qanunu daha da liberallaşdırmağa, QHT-lərin qeydiyyatı üçün ”bir pəncərə” sistemi yaratmağa çağırır.
Previous Post

İCTİMAİ BİRLİK SƏDRİNİN ƏDLİYYƏ NAZİRLİYİNƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

“FREEDOM HOUSE” TƏŞKİLATININ HESABATINDA AZƏRBAYCAN “DAVAMLI AVTORİTAR REJİMLİ ÖLKƏLƏR” SIRASINDADIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.