www.contact.com.az saytının hazırda mövzu ilə bağlı apardığı sorğuya əsasən respondentlərin 88 faizdən çoxu hesab edir ki, bu istintaq orqanının təşkil etdiyi təxribatdır. Sorğuda iştirak edənlərin təxminən 9 faizi sualı cavablandırmağa çətinlik çəkib, respondentlərin cəmi 3 faizisə nümayiş olunanları həqiqət hesab edir.
Xatırladaq ki, A.Xəlil mart ayının 13-də naməlum şəxslər tərəfindən bıçaqlanmışdı. Bu hadisədən bir müddət sonra, aprel ayının 7-də ölkə telekanallarında A. Xəlilin bıçaqlanması ilə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin istintaq çəkilişləri nümayiş olunub. Bu süjetlərdə A. Xəlilin guya homoseksuallar tərəfindən bıçaqlanması və onlarla öncədən tanış olması iddia olunur.