İDDİAYA SƏBƏB OLAN MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLİB

Bu gün (18 avqust) Binəqədi rayon Məhkəməsində hakim Maarif  Kazımovun sədrliyi ilə “ANS” Şirkətlər Qrupunun

“Yeni Müsavat” qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxanın RATİ-yə verdiyi məlumata görə, hakim mübahisəyə səbəb olan məqaləni Elmlər Akademiyasının Dilçilik İnsititutunun Ekspertizasına  göndərilməsi barədə qərar qəbul edib. Ekspertizadan cavab gələnə qədər məhkəmə baxışı təxirə salınıb.

Xatırladaq ki, iddiaya səbəb “Yeni Müsavat” qəzetinin 13 may 2008-ci il tarixli sayında yazılan “Hərbi nazir aparat rəhbərinə qarşı” başlıqlı məqalənin dərc olunması olub.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

SAKİT ZAHİDOVUN ACLIĞA BAŞLAYACAĞI BİLDİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.