İNSAN HÜQUQLARI SAHƏSİNDƏ UNİVERSİTETLƏRARASI YARIŞIN FİNAL TURU KEÇİRİLİB

Iyun ayının 28-də Hüquq Maarifçiliyi Cəmiyyətinin Almaniyanın EED Təşkilatı və ABA CEELİ-nin Bakı Ofisi ilə birgə təşkil etdiyi “İnsan hüquqları sahəsində milli və beynəlxalq qanunvericilik” mövzusunda universitetlərarası yarışın final mərhələsi keçirilib.

Finalda üç komanda – Dövlət İdarəçilik Akademiyasının "İddia", Bakı Dövlət Universitetinin "Favorit" və Polis Akademiyasının "Polis Akademiyası" komandaları birincilik uğrunda mübarizə aparıblar. Final qarşılaşmasında komandaların insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri, xüsusilə də Avropa İnsan Hüquqları Məhkəməsi sahəsində biliklərini ölkənin tanınmış hüquqşünaslarından ibarət münsiflər heyəti qiymətləndirib.

 

Sosial səhnəciklər, məhkəmə çıxışları, sual-cavab və ekstremal vəziyyətdən çıxış yolu mərhələlərindən ibarət olan final turunda Bakı Dövlət Universitetinin “Favorit” komandası qalib gəlib. Bu komanda iyul ayında Türkiyəyə bir neçə günlük səfər imkanı əldə edib. Səfər zamanı onlar həmin ölkənin nüfuzlu universitetlərində, QHT-lərdə və vəkil bürolarında olacaqlar.

 

Qeyd edək ki, tədbirə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) informasiya dəstəyi verib.

Xatırladaq ki, yarışın seçmə turu mayın 22-də keçirilib və 5 komanda iştirak edib.

 

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,536/lang,az/

 

Previous Post

İNSAN HÜQUQLARI SAHƏSİNDƏ UNİVERSİTETLƏRARASI YARIŞIN FİNAL TURU KEÇİRİLİB

Next Post

BLOGGERLƏRİN AZAD OLUNMASI İLƏ BAĞLI ABŞ DÖVLƏT KATİBİ HİLLARİ KLİNTONA ÜNVANLANMIŞ MÜRACİƏTİ İMZALA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.