Seminarın məqsədi İnternet İdarəçilik Forumunun hazırlanması və bu tip mövzuların işıqlandırılmasına internet yanaşmaların müzakirə olunmasıdır. Təlim zamanı iştirakçıların onlayn jurnalistikanın mahiyyəti barədə fikirlər irəli sürmək, janr məsələlərini və rəqəmsal media məzmunlarını müzakirə etmək imkanları olacaq. Praktik məşğələlər keçiriləcək. İştirakçılar seminar müddətində web tapşırıqlar hazırlayacaq, onları tədqiq edəcək və təlimin internet saytına yerləşdirəcəklər. Təlim mövzuları bu məsələlər ətrafında müzakirə olunacaq: Mətbuat, radio, televiziya, internet: oxşarlıqlar və fərqlər. Onlayn jurnalistikanın tipik xüsusiyyətləri. Hədəf auditoriya və istehlakçı davranışı. Forum və onun funksiyası. İnternet tədqiqatı və onun gizli təhlükələri. Məhsulların qiymətləndirilməsi. web sayt üçün yazılar hazırlanması. Yazını ekranda daha rahat oxunması üçün optimallaşdırılması və sair.