İNTİQAM ƏLİYEVİN İDDİASI ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Bu gün (26 oktyabr) Səbail rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin Azərbaycan Respublikasının Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova qarşı informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab olunmasına dair qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.

Prosesdə  Hüquq Maarifçiliyi Cəmiyyətinin nümayəndəsi Nurlana Əliyeva iştirak edirdi. Cavabdeh tərəfdən isə nümayəndə iştirak etmirdi.

     Hakim mahiyyəti üzrə baxış üçün məhkəmə prosesini 6 noyabr saat 16:00-a təyin etdi.

     Xatırladaq ki, 29 iyul 2009-cu il tarixində Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev informasiya sorğusu ilə Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərova müraciət etmiş, lakin sorğuya cavab almamışdır. İddiaçı bunu məlumat almaq azadlığının pozulması hesab edərək, informasiya sorğusuna cavab verilməməsinin qanunsuz sayılmasına dair şikayətlə Səbail rayon məhkəməsinə müraciət edib.

Previous Post

AZƏRBAYCAN MEDİAYA QARŞI REPRESSİYA APARAN ÖLKƏ KİMİ QİYMƏTLƏNDİRİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.