“Bizim Yol” qəzetinin əməkdaşı Cavid Qurbanov peşə fəaliyyətini yerinə yetirən zaman polis təzyiqinə məruz qalıb. Bu barədə bu gün (09 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) C. Qurbanov məlumat verib. Jurnalistin sözlərinə görə, 10 may “Gül bayramı” ilə əlaqədar olaraq Heydər Əliyev adına sarayın qarşısında çəkiliş apararkən polislərin təzyiqi ilə üzləşib:
“Mən sabah olacaq “Gül bayramı” ilə bağlı oradan reportaj hazırlayırdım, ərazidə çəkiliş edirdim. Uzaqdan kadrlar götürəndə, keçiddə dayanan polislər məni saxladı. Mənə “bizi çəkirsən, gedək bölməyə, bizi çəkdiyin kadrlar silinməzsə, sənə 15 sutka verdirəcəyik” –deyən jurnalist kadrlar silinəndən sonra polislərin onu sərbəst buraxdığını dedi.