Bakı meri jurnalistlərə nifrətini onları ölü adlandırmaqla bildirdi

Son günlərdə jurnalistlərin dövlət məmurları tərəfindən alçaldılması adi bir hala çevrilib. Ötən iki gündə (May 7-8) ardıcıl olaraq iki məmur jurnalistlərə qarşı təhqiramiz ifadələrdən istifadə edib. Belə ki, mayın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov öz peşə fəaliyyətini yerinə yetirən “Azadlıq” radiosunun əməkdaşı Maarif Çingizoğlunu təhqir edib. Bu barədə bu gün (9 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ)  jurnalist Maarif Çingizoğlu məlumat verib.

“Mən mayın 8-də “Qış bulvarı”  -da gedən hazırlıq  işləri ilə bağlı  çəkiliş aparmaq üçün həmin ərazidə idim.  Həmin ərazidə olan Bakı Şəhər İcra Hakimiyyəti başçısından ərazidə gedən abadlıq işləri ilə bağlı məlumat almaq istədim. Ancaq o mənə bildirdi ki, gedin işinizin dalınca. Mən jurnalist görəndə elə bilirəm ki, qəbirdə ölü görürəm dedi və uzaqlaşdı ”,- deyə jurnalist bildirdi.

Xatırladaq ki, mayın 7-də  Bakı Metropolitenin rəisi Tağı Əhmədov jurnalistləri təhqir etmişdi.

Previous Post

Gənc blogger intihar edib

Next Post

Jurnalist polis təzyiqinə məruz qalıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.