Jurnalist polis təzyiqinə məruz qalıb

477058_338620096191028_1727616528_o

“Bizim Yol” qəzetinin əməkdaşı Cavid Qurbanov peşə fəaliyyətini yerinə yetirən zaman polis təzyiqinə məruz qalıb. Bu barədə bu gün (09 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) C. Qurbanov məlumat verib. Jurnalistin sözlərinə görə, 10 may “Gül bayramı” ilə əlaqədar olaraq Heydər Əliyev adına sarayın qarşısında çəkiliş apararkən polislərin təzyiqi ilə üzləşib:

“Mən sabah olacaq “Gül bayramı” ilə bağlı oradan reportaj hazırlayırdım, ərazidə çəkiliş edirdim. Uzaqdan kadrlar götürəndə, keçiddə dayanan polislər məni saxladı. Mənə “bizi çəkirsən, gedək bölməyə, bizi çəkdiyin kadrlar silinməzsə,  sənə 15 sutka verdirəcəyik” –deyən jurnalist kadrlar silinəndən sonra polislərin onu sərbəst buraxdığını dedi.

Previous Post

Bakı meri jurnalistlərə nifrətini onları ölü adlandırmaqla bildirdi

Next Post

Regional kanal sahibindən aldatılma yolu ilə alınıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.