Jurnalistin Avropa Məhkəməsinə şikayəti icraata götürülüb

Km51EXEX4Hl5

“Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqublun Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayət ünvanına çatıb. Bu barədə bu gün (12 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) T. Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.

Vəkil N. Kərimli şikayətin məhkəməyə çatdığını bildirib.

“Biz şikayəti  mayın 7-də “Express” poçt xidməti ilə göndərmişdik. İyirmi gündən artıq idi ki, sənədlərdən xəbər yox idi. İyunun 10-da “Express” poçt xidmətindən mənə zəng eləyərək,  sənədlərin Fransa gömrüyündə itdiyini demişdilər. Dünən artıq mənə bildiriblər ki, şikayət məhkəməyə çatıb və iş artıq icraata götürülüb”,- deyə vəkil qeyd edib.

Xatırladaq ki, yanvarın 24-də İsmayıllı rayonuna səfəri zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamağa çağırışlar etməkdə təqsirləndirilən Tofiq Yaqubluya qarşı Cinayət məcəlləsinin 233-cü və 315-ci maddələri ilə ittiham irəli sürülüb. Nəsimi rayon Məhkəməsi 4 fevral 2013-cü il tarixdə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi 8 fevral 2013-cü il tarixində bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Aprelin 27-də isə T. Yaqubluya qarşı qarşı Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə ittihama xitam verilib və 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddə ilə ittiham irəli sürülüb ki, bu maddə ilə də dörd ildən on iki ilədək həbs nəzərdə tutulur. T. Yaqublu hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Previous Post

Jurnalistin maşınına hücum edilib

Next Post

Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistləri təhqir edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.