Jurnalistin maşınına hücum edilib

72438_623735780975903_1483838075_n

İyunun 11-də Turan agentliyinin və “Amerikanın səsi” radiostansiyasının müxbiri, “Obyektiv TV” on-line televiziyasının aparıcısı, tanınmış jurnalist Tapdıq Fərhadoğlunun avtomobilinə hücum olub. Bu barədə bu gün (12 iyun )Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna jurnalistin özü məlumat verib.

“Saat 16:00-da maşınımı Caspian Plaza Biznes Mərkəzinin qarşısında  saxlayıb, işimə getmişdim. Təxminən saat 21:00-da geri qayıdarkən gördüm ki, maşının arxa qapısının sol şüşəsi sındırılıb, salonda olan  çantanın içərisindən “Amerikanın səsi” radiostansiyasına məxsus  mikrofon götürülüb”, – deyə jurnalist qeyd edib.

T. Fərhadoğlu bildirib ki, baş verənlər barədə DİN-in “102” saylı növbətçi hissəsinə məlumat verib və bir neçə dəqiqədən sonra polislər gələrək zəruri istintaq-əməliyyat tədbirləri keçiriblər.

Jurnalist Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə ərizə ilə müraciət etdiyini və bu işlə  bağlı araşdırma başlandığını  da sözlərinə əlavə edib.

T. Fərhadoğlu onu da qeyd edib ki, bu kriminal hadisə olub-olmasa da təşkil olunmuş bir hadisədir və istisna deyil ki, bu hücum peşə fəaliyyətimlə də əlaqədar ola bilər.

Qeyd edək ki, həmin gün AXCP Rəyasət Heyətinin və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Sahib Kərimovun da avtomobilinə hücum olub. Avtomobilin qabaq şüşəsi sındırılıb və   S.Kərimlinin sözlərinə görə, maşından partiya sənədləri götürülüb, onların sürəti çıxarılaraq yenidən yerinə qoyulub.

Previous Post

Jurnalistin Avropa Məhkəməsinə göndərdiyi şikayət yoxa çıxıb

Next Post

Jurnalistin Avropa Məhkəməsinə şikayəti icraata götürülüb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.