JURNALİSTİN ŞƏXSİ HƏYATININ GİZLİ VİDEOYAZISINA GÖRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (17 aprel) Yasamal rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə jurnalist Natiq Güləhmədoğlunun (Ədilov) “Lider” televiziyası və “Afra otelə” qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası davam edib.

Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin hüquqlarını müdafiə edən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev məlumat verib.

İ.Əliyevin sözlərinə görə, prosesdə özü, Natiq Ədilov, “Afra otel”-in nümayəndələri iştirak etsə də, “Lider TV”-nin nümayəndəsi iştirak etməyiblər. Prosesdə vəkil İ.Əliyev kameraların jurnalistlərin yaşadıqları otağa kim tərəfindən yerləşdirilməsinə dair sorğuya cavab verilməsinin “Afra otel”-in rəhbərliyinin üzərinə vəzifə kimi qoyulması barədə vəsatət qaldırıb.  Hakim bu vəsatəti təmin edib və növbəti prosesi 1 may saat 15:00-a təyin edib.

            Xatırladaq ki, jurnalistlər 15 aprel 2011-ci il tarixində  Qan Turalı və  Natiq Ədilovun Oğuz rayonunda olan təlim zamanı yaşadıqları otel otağında gizli yerləşdirilmiş kamera vasitəsilə çəkilmiş video görüntüləri “Lider” Televiziyasında yayımlanmışdı və Natiq Ədilov şəxsi həyatına hörmət hüququnun tanınması, cavabdehin üzərinə şikayətçidən üzr istənilməsi vəzifəsinin qoyulması, şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsinə dair iddiası ilə cavabdehlərin hər birindən onlara vurulan mənəvi ziyana görə 100 000 AZN təzminat ödənilməsi  barədə  tələblə Yasamal rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 9 sentyabr 2011-ci ildə adıçəkilən iş üzrə icraatın  dayandırılaraq işin  ekspertizaya göndərilməsi barədə qərar qəbul edərək, prosesi qeyri-müəyyən vaxta qədər təxirə saldığını elan etmişdi.

 

Previous Post

16 MİN VƏTƏNDAŞ MÜLKİYYƏTDƏN MƏHRUM EDİLİB

Next Post

ƏVƏZ ZEYNALLININ VERGİLƏR NAZİRLİYİNƏ QARŞI İDDİASINA 2 SAYLI İNZİBATİ İQTİSAD MƏHKƏMƏSİNDƏ BAXILACA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.