JURNALİSTLƏR NAXÇIVAN MƏTBUAT ŞURASINI VƏ “ŞƏRQ QAPISI” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

Bu gün (24 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan bölgə müxbirləri Elman Abbasov, Həkimeldostu Mediyev, “Demokratiya və Qeyri-hökumət təşkilatlarının İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin rəhbəri və “Azadlıq” radiosunun, “Turan” İnformasiya Agentliyinin Naxçıvan bölgə müxbiri Məlahət Nəsibova, və “Demokratiya və Qeyri-hökumət təşkilatlarının İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin üzvü İlqar Nəsibov Naxçıvan Muxtar Respublikası (MR) Mətbuat Şurasına və MR Ali Məclisinin orqanı olan “Şərq Qapısı” qəzetinə qarşı şərəf-ləyaqətin və işgüzar nüfuzun müdafiəsinə və dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair Naxçıvan şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət ediblər.

İddiaya səbəb “Şərq qapısı” qəzetinin 29 yanvar 2009-cu il tarixli  sayında, dərc olunmuş “Sürüşən ayağa xizək lazımdırmı, yaxud populist intriqaların qərəzli mövqeyi nədən qaynaqlanır…” başlıqlı yazıda jurnalistlərin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət böhtan xarakterli məlumatlar əks etdirilməsi olub.
Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDOVLA GÖRÜŞÜB

Next Post

RATİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.