HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDOVLA GÖRÜŞÜB

Dünən (23 fevral) Ayəndə Mürsəliyeva 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin həyat yoldaşı özü verib. Jurnalistin saxlanma şəraitindən və ona qarşı olan münasibətdən heç bir şikayəti olmadığını deyən A. Mürsəliyeva onu da qeyd edib ki, Q. Zahid “Azadlıq” qəzetinin kollektivinin Gerd Butserius fondunun pul mükafatına layiq görülməsi xəbərindən sevinib. Baş redaktor bu pulun necə xərclənəcəyinə də öz münasibətini bildirib və bu məbləğin qəzetin maliyyə asılılığından qurtulmaq istiqamətində xərcləməsinin ən uğurlu variant olduğunu əlavə edib.
A. Mürsəliyeva onu da qeyd edib ki, Q. Zahid son günlər siyasi məhbuslar üzrə məruzəçi məsələsi ilə bağlı fikir ayrılıqları və polemikalara da öz münasibətini açıqlayıb. Baş redaktor təklif edib ki, hüquq müdafiəçiləri və İşçi Qrupunun üzvləri  AŞPA –nın yaz sessiyasında əvvəl siyasi məhbuslarla görüşüb, onların da bu məsələyə münasibətlərini öyrənsinlər.
Xatırladaq ki, Q. Zahid Cinayət Məcəlləsinin (CM) 127.2.3 (xuliqanlıq niyyəti ilə qədtən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə şərlənərək 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə şərlənərək 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

“DAY.AZ SATILDI

Next Post

JURNALİSTLƏR NAXÇIVAN MƏTBUAT ŞURASINI VƏ “ŞƏRQ QAPISI” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.