JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Bu gün (03 iyul) polis əməkdaşları jurnalistlərə peşə fəaliyyətini yerinə yetirməyə mane olaraq, onlara təzyiq göstərib.

Belə ki, Bakının Nərimanov rayonunun Xan Şuşinski küçəsində tikilən prezident iqamətgahı ərazisində yerləşən evlərin sökülməsi ilə bağlı reportaj hazırlayan jurnalistlər – . “Azadlıq” və BBC radiolarının əməkdaşları polis tərəfindən ərazidən uzaqlaşdırılıblar. Həmçinin Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları hadisə yerinə buraxılmayıb və polislər onların video və foto çəkiliş aparmalarına mane olmağa cəhd göstərib.
Qeyd edək ki, Xan Şuşinski küçəsində tikilən prezident iqamətgahı ərazisində yerləşən evlərin sökülməsinə bəzi sakinlər etiraz edir. Hadisə yerində jurnalistlərə açıqlama verən Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov isə deyib ki, sənədi olmayan evlərin sökülməsi prosesi gedir və həmin evlərin sakinlərinə mənzillər verilib. “Sənədi olan evlər isə hələlik sökülmür və həmin evlərin sakinləri ilə danışıqlar aparılır “ – deyə Ş.İbadov bildirib.
Previous Post

MƏHKƏMƏ SUMQAYITDA TELEKANAL AÇMAĞA İCAZƏ VERMƏDİ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.