MƏHKƏMƏ SUMQAYITDA TELEKANAL AÇMAĞA İCAZƏ VERMƏDİ

İyunun 29-da 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” ictimai birliyinin (SGHMİB) Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə qətnaməsi çıxarılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna SGHMİB-nin prezidenti Elçin Məmməd məlumat verib. 
Prosesdə iddiaçı qismində çıxış edən SGHMİB-nin prezidenti Elçin Məmməd Sumqayıt şəhərində yeni telekanalın açılması üçün MTRŞ-nın efir tezliyi ayırmamasının qanunsuz hesab edilməsi və tezliyin verilməsi barədə qərar çıxarmağı xahiş edib.
MTRŞ nümayəndəsi Toğrul Məmmədov iddianı əsasız hesab edərək Sumqayıt şəhərində 1 yerli telekanalın fəaliyyət göstərdiyini, ölkə üzrə yayilan telekanalların və 11 kabel televiziyasının Sumqayıt ərazisində yayımlandığı üçün yeni telekanalın acılmasına ehtiyac olmadığını bildirib. MTRŞ nümayəndəsi hakimdən iddianı təmin etməməyi xahiş edib.
Hakim SGHMİB-nin iddiasının təmin edilməməsi ilə bağlı qətnamə çıxarıb.
Elçin Məmməd RATİ-yə bildirib ki, qərardaddan Apellyasiya Məhkəməsinə şikayət edəcək.
Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU “DIFFAMASİYA HAQQINDA “ QANUN LAYİHƏSİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİB

Next Post

JURNALİSTLƏR TƏZYİQLƏ ÜZLƏŞİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.