“Azadlıq” radiosunun verdiyi məlumata görə, qərargahı Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi həbsdə olan jurnalistlərlə bağlı hesabatını açıqlayıb.
Hesabatda göstərilir ki, dünya üzrə həbsdə olanlar daha çox internet jurnalistləridir.
Dünyada jurnalistləri həbsdə olan 29 ölkə arasında ilk beş yeri Çin, Kuba, Birma, Afrika ölkəsi olan Eritreya və Özbəkistan tutur. Həbsdə olan jurnalistləırin sayına görə bu beş ölkədən sonrakı iki yeri İran və Azərbaycan tutur. Hər iki ölkədə beş jurnalist həbs olunub. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, həmin qəzetin satirik yazarı Sakit Zahidov, "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, "Talişi Sədo" qəzetinin redaktoru Novruzəli Məmmədov və "İdeal" qəzetindən Əli Həsənov həbsdədirlər.