JURNALİSTLƏRİN HƏMKARLAR İTTİFAQI TƏDBİR KEÇİRİB

Bu gün (23 oktyabr) Mətbuat Şurasında (MŞ) Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Media biznes iqtisadiyyatı sahəsində müasir dünya təcrübəsinin Azərbaycanda tətbiqi” adlı layihə çərçivəsində tədbir keçirdi.

JuHİ sədri Müşfiq Ələsgərli tədbirin keçirilməsində məqsədin Azərbaycan mediasının menecment problemlərini müzakirə etmək və bu sahədə olan yenilikləri tədbir iştirakçılarının nəzərinə çatdırmaq olduğunu  bildirdi.
BDU-nun professoru, KİV-də reklam və marketinq problemləri sahəsində mütəxəssis Aydın Dadaşov ilk öncə  mətbuat orqanının tipologiyasının nəzərdən keçirilməli olduğunu və bazarın öyrənilməsinin vacibliyini vurğuladı.
Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli medianın problemləri və menecment sahəsində olan maneələrə diqqət yetirilməsinin lazımlılığını, eləcə də ictimai fikrə təsir edə biləcək medianın olmamasından təəssüf hissi keçirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə iştirak  edən jurnalistlər və digər KİV nümayəndələri  də bu sahədə çoxsaylı araşdırmalara ehtiyac olduğunu bildirdilər.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,347/lang,az/
Previous Post

ÇANAQ ANTENALARININ SÖKÜLMƏSİ İNFORMASİYA ƏLDƏ ETMƏK HÜQUQUNUN POZULMASIDIR

Next Post

XALQ ARTİSTİ AZTV-Nİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.