KƏLƏKİDƏ ELÇİBƏYİN DOĞUM GÜNÜ BAYRAM EDİLİB

Bu gün (24 iyun) Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində Milli Azadlıq Hərəkatının lideri, 20-əsirin sonunda milli məfkurəmizin banisi Əbülfəz Elçibəyin 72 yaşı qeyd olunub. Tədbirdə Kələki kənd sakinləri və Muxtar Respublikamın bütün rayonlarından Elçibəy sevərlər iştirak edib.

Ə. Elçibəyin qohumlarının bildirdiyinə görə, tədbir Bütöv Azərbaycan Birliyinin dəstəyi ilə hazırlanıb. 5 saatdan artıq davam edən tədbirdə Muxtar Respublikada fəaliyyət göstərən  siyasi partiyaların Naxçıvan Muxtar Respublika təşkilatlarının sədrləri və Elçibəyin yaxınları   çıxış ediblər. Məktəbli uşaqlar isə Elçibəy haqqında şerlər deyərək rəqs ediblər.
Xatırladaq ki, 10 ildir 24 iyun Ə. Elçibəyin anadan olduğu gün həmdə Türkçülük günü kimi Kələki kəndində qeyd olunur. Digər dövlət tədbirlərindən fərqli olaraq bura gələnlər sırf Elçibəy sevgisi ilə toplananlardır.
 
ELMAN ABBASOV
Previous Post

GÜNÜN ƏSAS XƏBƏRLƏRİ

Next Post

BAKIDA İDARƏETMƏYƏ DAİR KONFRANS KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.