“KİV-DƏ MÜƏLLİFLİK HÜQUQU: PROBLEMLƏR VƏ ONLARIN HƏLLİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (14 may) Müəllif Hüquqları Agentliyin və Mətbuat Şurasının təşkilatçılığı ilə  “KİV-də müəlliflik hüququ: problemlər və onların həlli” mövzusunda dəyirmi masa keçirilib.

Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov bildirib ki, KİV sahəsində də müəlliflik hüquqlarının pozulması halları mövcuddur. O, əlavə edib ki, informasiya agentliklərinin yalnız 30 faizi eksklüziv informasiya yayır, digər agentliklər, qəzetlər və s. KİV–lər isə başqalarından köçürürlər və əksər hallarda istinad etmirlər.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər ekspertlər çıxış yolunu jurnalistlərin və informasiya istehlakçılarının hüquqi maarifləndirilməsində gördüklərini deyiblər. Həmçinin Müəllif Hüquqları Agentliyinin nəzdində müvafiq komissiyanın yaradılması təklif olunub.

K.İmanov qeyd edib ki, Müəllif Hüquqları Agentliyində operativ “hüquqi yardım xidməti” fəaliyyət göstərir və müəllif hüquqlarının pozulduğunu hesab edən jurnalistlər (012) 498 22 32 saylı telefona zəng edə bilərlər.

Previous Post

NAXÇIVAN HAKİMİYYƏTİ İNSAN HÜQUQLARI TOTAL ŞƏKİLDƏ POZUR

Next Post

“AZADLIQ” QƏZETİNİN REDAKTORU BAŞ PROKURORLUĞA ÇAĞIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.