MƏHKƏMƏ HÖKM OLMADAN ŞƏXSİ MƏHKUM HESAB EDİB

 “Ali Məhkəmənin hakimi Yaşar Yusifov məhkəmənin hökmü olmadan məni məhkum hesab edib.”

Bu barədə bu gün (19 oktyabr) Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ) 1- ci qrup Qarabağ əlili olan Məğrub Bədəlli məlumat verib.   
    “Mən “Azəriqaz” İB- nin məsul şəxsləri- keçmiş Bakıqazın keçmiş sədr müavini  Zirəddin Bayramov və digərlərinə qarşı xüsusi ittiham qaydasında cinayət işi qaldırılması üçün məhkəməyə müraciət etmişdim. Birinci və  apellyasiya instansiya məhkəmələri özümün iştirak etməməyimi əsas tutub cinayət işini başlamaqdan imtina ediblər. Bu qərardan kassasiya şikayəti vermişdim. Ali Məhkəmənin hakimi Şahin Yusifov 16.08.2010 tarixli qərarda məni məhkum kimi göstərib. Bu isə Konstitusiyanın 63- cü (“Təqsirsizlik prezumpsiyası ”), 46- cı maddənin (“Şərəf və  ləyaqətin müdafiəsi  hüququ”) və 60- ci maddənin (“Hüquq və Azadlıqların məhkəmə təminatı”)  normalarına ziddir ”- deyə  M. Bədəlli bildirib.
     M. Bədəlli onu da əlavə edib ki,  hakimin bu hərəkəti  mənə mənəvi zərbə vurulub və  hakim adına ləkə gətirib.
     Qeyd edək ki, M. Bədəlli Ali Məhkəmənin hakimi Şahin Yusifova qarşı Xətai rayon məhkəməsində mülki iddia qaldırıb və  cavabdehdən 25 min  manat təzminat tutulmasını tələb edib.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 18 OKTYABR

Next Post

VALİDEYNLƏRİ GƏNC BLOGÇULARLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.