VALİDEYNLƏRİ GƏNC BLOGÇULARLA GÖRÜŞÜB

Ötən həftə valideynləri  14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan gənc bloqçu Adnan Hacızadə ilə görüşüb.

Bu barədə bu gün (19 oktyabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  məlumat verən Adnan Hacızadənin atası   Hikmət Hacızadə oğlunun saxlanma şəraitindən narazılıq etmədiyini  və səhhətində heç bir problemin olmadığını bildirib.
Digər gənc bloqçu Emin Millinin (Abdullayev) anası Natella Abdullayeva da RATİ-yə   5 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan oğlu ilə görüşdüyünü bildirib.
 N.Abdullayeva gənc bloqçunun saxlanma şəraitindən şikayət etmədiyini, lakin sağlamlığında müəyyən  problemlərin olduğunu  bildirib.
  Xatırladaq ki, hakimiyyəti tənqid edən “Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikin  müəllifləri –  blogger Emin Milli və digər blogger  Adnan Hacızadə  08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

Previous Post

MƏHKƏMƏ HÖKM OLMADAN ŞƏXSİ MƏHKUM HESAB EDİB

Next Post

EYNULLA FƏTULLAYEV DƏRHAL AZAD EDİLMƏSİ TƏLƏBİ İLƏ ACLIQ AKSİYASINA BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.