“Trend”-in yaydığı məlumata görə, Mətbuat Şurası “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun azadlığa buraxılması xahişi ilə Əfv Komissiyasına müraciət edib. Müraciətdə Zahidovun Azərbaycanda mütəmadi çap olunan
qəzetlərdən birinin baş redaktoru və peşəkar jurnalist olduğu, həmçinin öhdəsində 4 uşağın olması qeyd edilir. Əfvin Zahidova şamil olunması xahiş olunur.