BU GÜN BƏZİ QƏZETLƏR ÇAP OLUNMAYIB

Azadlıq” radiosunun verdiyi məlumata görə, “Azadlıq”, “Bakı-xəbər”, “Gün səhər”, “Şərq” qəzetləri bu gün çap olunmayıb. Buna səbəb martın 12-i saat 16:00 radələrində həmin qəzetlərin çap olunan “Azərbaycan” Dövlət Nəşriyyatının yerləşdiyi Yasamal rayonunun bir hissəsinin elektrik enerjisi ilə təchizatının kəsilməsidir.


Belə ki, Şərifzadə 10 ünvanında 110 kV-luq yarımstansiyada qəza baş verib. Bu gün günortadan etibarən yarımstansiyada olan problemlər bərpa olunub.

Previous Post

TƏHQİQATÇI TELEFON ZƏNGLƏRİNƏ CAVAB VERMİR

Next Post

MƏTBUAT ŞURASI ƏFV KOMİSSİYASINA MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.