MƏTBUAT ŞURASINDA ABŞ SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Dünən Mətbuat Şurasının ofisində ABŞ səfiri Enn Ders ilə qurumun İdarə Heyətinin üzvləri arasında görüş keçirilib.

2 saatlıq görüş zamanı tərəflər Azərbaycanda söz və mətbuat azadlığının durumu, medianın problemləri və onların həlli yolları ətrafında söhbət aparıblar. MŞ-dan APA-ya bildirilib ki, qurumun sədri Əflatun Amaşov bu istiqamətdə indiyədək görülən işlər haqqında danışıb. Diplomat xüsusi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsini misal çəkərək Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki vəziyyətin onu ciddi narahat etdiyini deyib. Qurumun sədri Ə.Amaşov isə əlavə edib ki, “biz də media təmsilçilərinin sözə görə həbsinin tərəfdarı deyilik”.
Previous Post

Arrest of Opposition Journalist from Azerbaijan

Next Post

BAŞ REDAKTORUN HƏBSİNDƏN VERİLƏN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.