BAŞ REDAKTORUN HƏBSİNDƏN VERİLƏN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

Bu gün Bakı Şəhər Apellyasiya məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi haqqında qərardan verilən şikayətə baxılıb.

Hakim Yasamal Rayon Məhkəməsinin baş redaktor barəsində iki aylıq həbs qət-imkan tədbirinin seçilməsi haqqında çıxardığı qərarı qüvvədə saxlayıb.  Baş redaktorun vəkili Elçin Sadıqovun sözlərinə görə, prosesə Vüsal Həsənov gətirilməyib, buna görə də o yazılı surətdə hakimə etirazını bildirib. Vəkil əlavə edib ki, bu qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək. Elçin Sadıqov onu da qeyd edib ki, tibbi ekspertizanın təyin olunması ilə bağlı müraciət ediləcək. Bunun səbəbi həbs nəticəsində baş redaktorun gözlərinin zəifləməsini və revmatizminin şiddətlənməsini sübut etməkdir.
Previous Post

MƏTBUAT ŞURASINDA ABŞ SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Next Post

Сведения о публикации

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.