Bundan sonra V. Həsənov çıxış edərək, “Azadlıq” qəzetini və Zahidovun vəkillərini təhqir edib. O bildirib ki, “Zahidovun vəkilləri yalnız pula işləyir”.
Həsənovdan sonra çıxış edən Q. Zahidov iki vəsatət qaldırıb. O üzləşmə prosesindən və 1 saylı Bayıl təcridxanasında həyata keçirilən həkim müayinəsindən olan lent yazılarının nümayiş etdirilməsini istəyib. Vəsatətlər təmin olunmayıb. Məhkəmənin bu cür gedişatına etiraz olaraq Zahidov bildirib ki, özünün və vəkillərinin prosesdə iştirakından imtina edir. Bundan başqa baş redaktorun vəkilləri gələn prosesə hal şahidlərinin dəvət olunması və prosesdə video və foto kameralardan, o cümlədən diktofonlardan istifadə edilməsi barədə vəsatət veriblər. Dövlət ittihamçısı Ceyhun Kazımov vəkillərin qaldırdığı vəsatətlərə hakimdən əvvəl reaksiya verirdi və bir qayda olaraq dövlət ittihamçısının etirazları hakim tərəfindən qəbul edilirdi. Prosesin sonunda Q.Zahid özünün və vəkillərinin prosesdə iştirak edəcəyini bəyan edib.
Proses yanvarın 17-i saat 10:00-a təyin olundu.