MEDİA ETİKASINA DAİR KİTAB HAZIRLANIR

Jurnalist etikasına dair üç hissədən, 280 səhifədən ibarət kitab hazırlanır.

Bu barədə RATİ-yə Media Hüquqları İnstitutunun əməkdaşı Xalid Ağaliyev məlumat verib: “Kitabın 1-ci hissəni “Media etikasına yenilikçi baxış” adlanır, bu hissənin müəllifi BDU-nun jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədlidir. 2-ci hissənin adı “Media etika bələdçisi”dir ki, bu hissənin müəllifi özüməm. 3-cü hissə isə “Media etikasına dair kazuslar” adlanır. Kitabın bu hissəsinin müəllifi Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılıdır”.
Ağaliyevın sözlərinə görə, kitab ATƏT-in Budapeşt Media Azadlığı Ofisi tərəfindən maliyyələşdirilir.
Previous Post

“PARALEL” QƏZETİNİN YAYIMINA MENEÇİLİK TÖRƏDİLİB

Next Post

AZƏRBAYCAN BÜTÜN QAFQAZ ÖLKƏLƏRİNDƏ YAYIMLANACAQ TELEKANAL AÇMAĞI PLANLAŞDIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.