MEDİA MONİTORİNQİ İNSTİTUTU AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏT GÖNDƏRİB

Media Monitorinq İnstitutu İctimai Birliyinin təsisçiləri – “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, “Turan-servis” MMC-nin rəhbəri Samir İsmayılov və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov

Avropa Məhkəməsinə şikayət göndəriblər. Hüquq Maarifçiliyi Cəmiyyətinin yaydığı məlumata görə, şikayət məhkəməyə çatımlıq və birləşmək hüququnun pozuntusundan verilib.

 

    Qeyd edək ki, 08 aprel 2009-cu ildə təsis edilən Media Monitorinq İnstitutunun fəaliyyətinin əsas məqsədi media sahəsində tədqiqatlar aparmaq və jurnalistlərin hüquqlarını müdafiə etməkdən ibarətdir.

 

    20 aprel 2009-cu ildə sənədlər qurumun dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə göndərilib. Nazirlik müxtəlif bəhanələrlə təşkilatı qeydə almaqdan imtina etdiyinə görə, təsisçilər 12 avqust 2009-cu ildə ondan Yasamal Rayon Məhkəməsinə şikayət veriblər. Lakin Yasamal Rayon Məhkəməsi qanunsuz olaraq 2 dəfə sənədləri geri qaytarıb. Ərizəçilərin birinci instansiya məhkəməsinin qərardadından verdikləri apellyasiya və kassasiya şikayətləri təmin edilməyib.

 

Previous Post

RAUF ARİFOĞLU ƏVƏZ ZEYNALLIYA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİASINI GERİ GÖTÜRÜB

Next Post

TRANSPLANTASİYA QALMAQALI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.