“MİLLİ HƏRƏKAT” QƏZETİNİN BAŞ REDAKTORU YOXA ÇIXIB

“Milli Hərəkat” qəzetinin təsisçisi və baş redaktoru Səməd İbadov dekabrın 12-də yoxa çıxıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna baş redaktorun qardaşı Valeh İbadov məlumat verib.

 V. İbadov qeyd edib ki, qardaşı evdən çıxarkən MTN əməkdaşlarının ona zəng etdiyini və həmin şəxslərlə görüşə getdiyini bildirib. V. İbadov həmçinin bildirib ki,  bununla bağlı yaxın günlərdə rəsmi orqanlara müraciət edəcək.
 Milli Təhlükəsizlik Nazirliyi mətbuat xidmətinin rəhbəri Arif Babayev isə RATİ-yə açıqlamasında məlumatın həqiqətə  uyğun olmadığını bildirib.
V. İbadovun sözlərinə görə, qəzet 2005-ci ili oktyabrından gündəlik nəşrə başlayıb. Üç aydan sonra həftəlik, daha sonra isə ayda bir dəfə nəşr olunan qəzet  5 ay bundan öncə isə maliyyə probleminə görə nəşrini dayandırıb.
Previous Post

RATİ ƏMƏKDAŞLARI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ BURAXILMADI

Next Post

“MİLLƏTİM” QƏZETİNİN ƏMƏKDAŞI ACLIQ AKSİYASINA BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.