MİRZƏ SAKİT AMNİSTİYADAN İMTİNA EDİB

17 mart tarixində Milli Məclis tərəfindən qəbul olunmuş amnistiya aktı “Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakitə (Sakit Zahidov) də şamil olundu.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumatı M.Sakitin həyat yoldaşı Rəna Zahidova verib. Onun sözlərinə görə, satirik dünən (18 mart) 15.00-16.00 radələrində saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsindən azad olunmalı idi. Lakin nə dünən, nə də bu gün azadlığa buraxılmadı.

Bu məsələyə aydınlıq gətirmək üçün Pentensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov ilə əlaqə saxladıq. O, RATİ-yə bildirib ki, amnistiyaya düşən şəxslər növbə ilə buraxılacaq. Belə ki, öncə həbs müddətinin bitməsinə bir neçə gün qalmış şəxslər, daha sonra isə 4 ay müddətində amnistiyaya düşən digər şəxslər azadılğa buraxılacaq.

Bu gün (19 mart) isə  Rəna Zahidova RATİ-yə bildirib ki, M.Sakit ərizə yazaraq amnistiyadan imtina edib: “Buna səbəb Mirzə Sakitlə eyni cəzaçəkmə müəsisəsində saxlanılan və amnistiyaya düşən məhkumların ona görə azadlığa buraxılmamasıdır. Həmçinin satirikin azadlığa çıxmasına çox az vaxt qalıb”.

Qeyd edək ki, M.Sakitin həbs müddətinin başa çatmasına 3 ay vaxt qalmışdır

Xatırladaq ki, M. Sakit  2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilmişdir.

 

Previous Post

ELAN!

Next Post

SEÇKİ MƏNTƏQƏLƏRİNDƏN GÖRÜNTÜLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.